AZ

Tanınmış aktyor evində ölü tapıldı

"Maska" və "Pulp Fiction" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Piter Qrin Nyu Yorkdakı mənzilində ölü tapılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Nyu York Deyli Nyus" nəşri məlumat yayıb.

"Piter üz nahiyəsindən xəsarət alaraq üzüstə yerə uzanmışdı və hər yer qan içində idi", - deyə aktyorun adının çəkilməsini istəməyən qonşusu bildirib.

Ölüm səbəbi və cinayət törətməkdə şübhələr hələ rəsmi olaraq müəyyən edilməyib.

Nəşr şəhər polisindəki mənbələrinə istinadən yazıb ki, aktyorun mənzilində Nyu Yorkdakı İrlandiya mütəşəkkil cinayətkar qruplarının iştirakına dair dəlillər tapılıb.

Məlumata gərə, aktyor yaxın vaxtlarda ağciyər nahiyəsindəki xoşxassəli şişin çıxarılması üçün əməliyyat olunmağı planlaşdırıbmış.

Seçilən
44
2
hurriyyet.az

3Mənbələr