AZ

"Azərişıq" işçisini cərəyan vurub öldürdü

Abşeronda kişini cərəyan vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib.

Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Seçilən
20
milli.az

1Mənbələr