AZ

Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfəredib.

Trend xəbər verir ki, səfərçərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində XariciMəsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, PolşaPrezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlərKomissiyasının sədri Qjeqoj Sxetına, Prezident OfisindəTəhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqadageneralı Andjey Kovalski və xarici işlər nazirinin müavini MarçinBosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıqsəciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişafperspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəliqarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfligündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onunyaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər.Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATOçərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyinibildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geriqaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvisahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrəşaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda,tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyatbağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçünəlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasıistiqamətində atılan son addımlar barədə tərəf müqabilləriniməlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülhşəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdanrəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regionaltəhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlarfonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlardiqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığınAzərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunuqeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlıtəmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinindərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinəünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksəksəviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində “Avropa İttifaqı–Ermənistan tərəfdaşlığıüzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqlarıəks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həmdə Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinəxidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədənAzərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı minaproblemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina problemininaradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edənElçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədəbeynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdəciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədəpraktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O,daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdəpost-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştiraketməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyinmərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmimasada Cənubi Qafqazda geosiyasi proseslər, “Orta Dəhliz” vəZəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib.Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalıolan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu mediaorqanlarına müsahibələr verib.

Elçin
Elçin
Elçin
Elçin
Elçin
Elçin
Elçin
Elçin
Elçin
Məqalədə:
Seçilən
86
29
az.trend.az

10Mənbələr