Hazırda “Araz-Naxçıvan” klubunda çıxış edən Qara Qarayev “Qarabağ”ın gənc futbolçusu Nəriman Axundzadəyə mənəvi dəstək göstərib.
“Yeni Sabah” xəbər verir ki, təcrübəli futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda Axundzadənin ötən mövsüm UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya vurduğu qolu xatırladıb və ona ünvanlanan tənqidlərə cavab verib.
Qara Qarayev paylaşımında Nərimanın Azərbaycan futbolu üçün xüsusi istedad olduğunu vurğulayaraq, məhz onun həmin qolu ilə azarkeşlərə böyük sevinc yaşatdığını qeyd edib:
“Bu sevinci yaşadan sən idin, Nəriman! Şübhəsiz son illərin ən istedadlı oyunçusu sənsən!”
Qeyd edək ki, Nəriman Axundzadə UEFA Çempionlar Liqasının son turunda keçirilən “Qarabağ” – “Ayaks” matçındakı oyunu səbəbindən bəzi azarkeşlərin narazılığı ilə üzləşmişdi.
Xatırladaq ki, sözügedən qarşılaşma “Qarabağ”ın 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Əsmətxanım
Telegram kanalımız