ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında fəaliyyət göstərəcək beynəlxalq sabitləşdirmə qüvvələrinin planlaşdırılması məqsədilə 16 dekabr tarixində Dohada konfrans keçirəcək.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, konfransda 25-dən çox ölkənin nümayəndələrinin iştirakı gözlənilir.