AZ

“Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

Hər iki oyun bölgələrdə keçiriləcək. Əvvəlcə “Şamaxı” doğma publika önündə “Zirə”ni qəbul edəcək.

Günün son matçı Tovuzda baş tutacaq. Kurban Berdıyevin komandası “Sabah”la üz-üzə gələcək.

Turun qalan oyunları sabah və birigün keçiriləcək.

Azərbaycan Premyer Liqası15-ci tur

13 dekabr

14:00. Şamaxı – Zirə
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu

16:30. Turan Tovuz – Sabah
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

Seçilən
8
idmanxeber.az

1Mənbələr