AZ

"Maska"nın aktyoru vəfat etdi

Aktyor Peter Greene vəfat edib.

Milli.Az xəbər verir ki, Amerikalı aktyor Peter Greene 60 yaşında dünyasını dəyişib. O, xüsusilə 1994-cü il filmlərindəki rolları ilə tanınırdı. Aktyor "Pulp Fiction" filmində Zed, "The Mask" filmində Dorian Tyrell obrazlarını canlandırıb.

O, Nyu-Yorkdakı evində ölü tapılıb. Ölüm səbəbi hələ açıqlanmayıb.

Aktyor həmçinin "The Usual Suspects" və "Training Day" filmlərində də rollar alıb. Greene Nyu-Cersi şəhərində 1965-ci ildə doğulub.

İsmayıl
Milli.Az

Seçilən
62
milli.az

1Mənbələr