AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.
Mənbələrin iddiasına görə, əməliyyat zamanı Amerika tərəfinin fikrincə, İranın hərbi-sənaye kompleksində, o cümlədən raket sistemlərinin hazırlanmasında istifadə üçün nəzərdə tutulan yük ələ keçirilib.
“Hind okeanında, Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda gəmiyə enən Amerika xüsusi təyinatlıları oradakı yükün müsadirə olunmasındansonra gəmiyə səyahətinə davam etməyə icazə veriblər”,- xəbərdə deyilir.
Açıqlamalarda ABŞ-nin kəşfiyyat orqanlarının yükün raket və kosmik sənayedə işlədilən komponentlərin satın alınması ilə məşğul olan İran təşkilatları üçün nəzərdə tutulduğunu göstərən məlumat əldə etdiyi vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta