AZ

Hərbi həkimimiz Ukraynada öldü Vətən müharibəsinin iştirakçısı idi

ain.az bildirir, Bakupost portalına istinadən.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, azərbaycanlı tibb xidməti kapitanı Qafur Həsənov Ukraynada gedən müharibədə həyatını itirib. “44 günlük vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilən tibb xidməti kapitanı Qafur Cəmaləddin oğlu Həsənov Azərbaycan ordusundan ehtiyata buraxılandan sonra Rusiya gedib.Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə həlak olub. Qafur həkimi şəxsən tanıyırdım, canavar kimi oğlan idi, gözündə qorxu olmayan bir qəhrəman idi”, - paylaşımda bildirilib. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
20
www.bakupost.az

10Mənbələr