Almaniyanın “Rheinmetall” şirkəti Niderland Müdafiə Nazirliyindən “Skyranger” mobil hava hücumundan müdafiə (HHM) sistemləri ilə bağlı sifariş alıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, HHM sistemlərinin 2028-2029-cu illər ərzində Niderland Silahlı Qüvvələrinə çatdırılması planlaşdırılıb.
Sifariş “Rheinmetall”ın törəməsi olan “Rheinmetall Air Defence” şirkəti tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, cari ilin yanvar ayında Niderland Müdafiə Nazirliyi “Rheinmetall” şirkətindən 22 ədəd “Skyranger 30” mobil HHM sistemi almaq istədiyini açıqlamışdı.