AZ

Putin Pezeşkianın səhvini tutdu: 93 km?

Aşqabad görüşndə Vladimir Putin Pezeşkianın sözlərinə təəccüblənib.

"Yeni Sabah" xəbər verir ki, bu epizod xüsusilə osial şəbəkələrdəki geniş reaksiyalar doğurub.

Rusiya və İran prezidentlərinin görüşündə Məsud Pezeşkian Rəşt-Astara layihəsinin həyata keçirilməsi üçün torpaq alınmasından söz açıb. Lakin bu zaman dialoqda statistik məlumatların uyğunsuzluğu ortaya çıxıb.

İran prezidenti Rəşt-Astara dəmir yolu marşrutu üzrə bu günə kimi 110 kilometr torpaq sahəsinin alındığını açıqlayıb. Pezeşkian layihə ilə bağlı bütün torpaqların dövlət vəsaiti hesabına satın alındığını bildirib. Lakin maşrutun ümumi uzunluğunu xatırladarkən o, səhv rəqəm işlədib.
Pezeşkian bildirib: "Biz Rəşt-Astara marşrutu üzrə 100 kilometrdən çox, bəlkə də 110 kilometrdən çox ərazi almışıq və hər şeyi etdik və ilin sonuna qədər işlər başa çatsın 

Putin Pezeşkiana təəccüblə baxaraq “Marşrutun ümumi uzunluğu 93 kilometrdir?” - deyə soruşub. 

Pezeşkian deyib: "Xeyr, 106 kilometrdən çox. Hər həftə izləyirəm".

Xatırladaq ki, Rəşt-Astara dəmir yolunun tikintisi, təxminlərə görə, Novruz bayramı tətilində başlayacaq. Bunu dekabrın 5-də İran Dəmir Yolları Qurumunun baş direktoru Cabbar Əli Zəkəri bildirib.

O, 164 kilometrlik marşrutda artıq 95 kilometrlik ərazinin satın alındığını təsdiqləyib. "Hər həftə orta hesabla 3 kilometrlik torpaq sahəsi sahiblərindən alınır. Bu proses başa çatdıqdan sonra layihə ərazisi işə başlamaq üçün Rusiya tərəfinə veriləcək".

Əziz Rzazadə


Telegram kanalımız
Seçilən
19
3
yenisabah.az

4Mənbələr