AZ

General Müdafiə Nazirliyində yüksək vəzifəyə Təyin olundu

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
31
qafqazinfo.az

10Mənbələr