AZ

Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları aparıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən “Cebheinfo.az”-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 39 milyard 913,9 milyon dollar, o cümlədən ixracın dəyəri 20 milyard 688,7 milyon dollar, idxalın dəyəri 19 milyard 225,2 milyon dollar təşkil edib, nəticədə 1463,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalıb. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,7 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Birləşmiş Krallıq, İsveçrə, Avstraliya, Çexiya, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Rumıniya, İran, Özbəkistan, Portuqaliya, Ukrayna, Fransa, Belarus və Hindistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Seçilən
107
cebheinfo.az

1Mənbələr