AZ

“Təkər bazarı”nda artıq söküntü işləri gedir -Video

"Təkər bazarı”nda artıq söküntü işlərinə başlanılıb. 

Redaktor.az xəbər verir ki, bununla bağlı İctimai TV ərazidən süjet hazırlayıb.

Sahibkarlar bildirib ki, ərazini tərk etməklə bağlı hələ əvvəldən xəbərdarlıq verilib: “6 ay əvvəl dedilər ki, “möhlət verilir, təmir işləri başlayacaq. İstəsəniz burada qala bilərsiniz. Öz seçiminizdir”. 

Onlar həmçinin bununla bağlı narahatlıqlarının olmadığını bildiriblər: “Bəli, artıq söküntü işləri gedir, narahatlığımız yoxdur. Mart-aprel-may aylarınadək burada təmir-tikinti işləri olacaq. Ondan sonra bizə arxa tərəfdəki boş ərazidən yer veriləcək”.

Sahibkar Sakit Həsənli isə bildirib ki, hər kəs istədiyi yerdə qala bilər: “Burada qalan da var. Sözügedən boş əraziyə köçən də. Bizə təklif olunub ki, seçimdə sərbəstsiniz”. 

Söküntü işləri tam yekunlaşdıqdan sonra bazarın yerində ehtiyat hissələri satışı üzrə yeni obyektlər inşa ediləcək. 

Onlar həmçinin bu dəyişikliyin müsbət olduğunu bildirib: “Getmək əslində yaxşıdır, görünüşü də dəyişəcək, yenilənəcək. Bu da müştəridə diqqət çəkir”. 

İşçilərin bir hissəsi isə artıq bazarın arxa tərəfinə köçürülüb. 

Daha ətraflı videomaterialda: 

Seçilən
42
redaktor.az

1Mənbələr