AZ

Türkiyədə sahibkarlar arasında silahlı insident: ölən və yaralanan var

Bakı. Trend:

Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda silahlıinsident baş verib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, mübahisə zəmnində törədilmiş insident nəticəsində1 nəfər ölüb, bir nəfər yaralanıb. Silahlı insident ötən gecə yerlivaxtla 23:30 radələrində Serdivan rayonunun İstiklal məhəlləsindəfəaliyyət göstərən iki sahibkar arasında baş verib. Küçədə üzbəüzqonşu olan tütün məmulatları satan dükanın sahibi ilə oyunsalonunun sahib və işçiləri arasında hələlik naməlum səbəbdənmübahisə yaranıb.

Mübahisənin davaya çevrilməsi zamanı tütün məmulatlarımağazasında çalışan və şəxsiyyəti müəyyən edilməyən şübhəli şəxstapança ilə qarşı tərəfə atəş açıb. Açılan atəş nəticəsində adlarıhələlik açıqlanmayan iki nəfər yaralanıb. Hadisədən sonra şübhəlişəxs hadisə yerindən qaçıb.

Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbiyardım və polis əməkdaşları cəlb olunub. Təcili tibbi yardımavtomobilləri ilə xəstəxanaya çatdırılan yaralılardan birihəkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr