AZ

ABŞ Çindən İrana gedən hərbi yükləri ələ keçirdi VİDEO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

ABŞ xüsusi əməliyyat qüvvələri Hind okeanında bir gəmiyə basqın edərək Çindən İrana göndərilən ikili təyinatlı hərbi yükləri ələ keçirib.Bakupost.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, əməliyyat Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda həyata keçirilib. Yük müsadirə olunduqdan sonra gəminin yoluna davam etməsinə icazə verilib. ABŞ rəsmiləri bildiriblər ki, bu nadir əməliyyat İranın hərbi imkanlarını, xüsusilə də raket proqramını gücləndirməsinin qarşısını almaq məqsədi daşıyıb.Amerika tərəfinin açıqlamasına görə, əməliyyatdan əvvəl gəmi kəşfiyyat vasitəsilə izlənilib. Məlumatlar yoxlanılarkən yükün İranda raket proqramı üçün komponentlər tədarük edən şirkətlərə çatdırılacağı bəlli olub. Gəminin adı və sahibinə dair məlumatlar açıqlanmayıb.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
www.bakupost.az

1Mənbələr