Bakı. Trend:
İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 6 ilötür.
Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodundainşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cuildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Tanker ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 36 səfərhəyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə 225 304, 297 tonneft və neft məhsulu daşınıb.
Son bir ildə isə gəmi 48 958,323 ton yükü təyinat limanınaçatdırıb.
“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankınamalikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 tontəşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10dəniz düyünü sürətlə hərəkət edir.