Bakı. Trend:
Çin Xalq Respublikası iki peyk daşıyan“Kuaizhou-11” daşıyıcıraketinin uğurlu buraxılışını həyata keçirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 09:08-də (Bakıvaxtı ilə 05:08) ölkənin şimalında yerləşən Tsyutsyuankosmodromunda həyata keçirilib. “Kuaizhou-11” raketi üçün bu, saycadördüncü missiyadır.
“Di’er-5” adlı sınaq kosmik aparatı və “Xiwang-5-2” süni peykiorbitə uğurla çıxarılıb.
Bərk yanacaqla işləyən, dörd mərhələli Kuaizhou-11 raketi ÇinAerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən yaradılıb. Onunuzunluğu 25 metrdən artıqdır və aşağı Yer orbitinə 1,5 tona qədərfaydalı yük daşımaq imkanına malikdir.