Rusiya paytaxtında güclü şaxtalar proqnozlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleqram kanalında məlumat yayıb. Onun verdiyi məlumata görə, dünən gecə Moskvada qışın başlanğıcından bəri ən soyuq gecə olub.
Sinoptik qeyd edib ki, temperaturun kəskin şəkildə düşməsi soyuq atmosfer kütləsinin Rusiyasının Avropa hissəsindəki mərkəzi bölgələrində şimaldan cənuba doğru hərəkət etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, paytaxtda temperatur səhər maksimum +5°C olsa da, saat 16:00-da 0°C-dən aşağı düşüb və meteostansiyada gecə minimumu -5,8°C qeydə alınıb ki, bu da payız-qış mövsümünün başlanğıcından bəri ən aşağı göstəricidir.
Leus həmçinin bildirib ki, Moskva bölgəsində minimum temperatur Şaxovskaya bölgəsində qeydə alınıb. Burada hava -6,6°C-yə qədər soyuyub.