AZ

Uitkoff Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək

Bakı. Trend:

ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff bu həftə sonuBerlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenskiilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal"qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, o, 14-15 dekabr tarixlərində Böyük Britaniya,Almaniya və Fransadan olan danışıqçılarla görüşəcək.

Qəzet hesab edir ki, Uitkoffun Berlinə göndərilməsi qərarıAmerika administrasiyasının Vaşinqton və Kiyev arasında sülhmüqaviləsinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradanqaldırmaq istəyini nümayiş etdirir.

Seçilən
50
3
az.trend.az

10Mənbələr