AZ

Gizli görüş: Umerov FTB dən əfv dilədi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-a səfəri zamanı Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbərliyi ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, Umerov sülh planı üzrə danışıqlar aparmaq üçün ABŞ-da səfərdə olan zaman FTB direktoru Keş Patel və onun müavini Den Bonqino ilə gizli görüşlər keçirib. İddialara görə, bu görüşlər Qərb rəsmiləri arasında narahatlıq yaradıb.

Nəşr yazır ki, Umerov və digər Ukrayna nümayəndələri potensial korrupsiya ittihamlarından dolayı “amnistiya” almaq ümidi ilə Patel və Bonqinoya müraciət edə bilərlər.

Lakin Vaşinqtonun bu vəziyyətdən istifadə edərək Kiyev administrasiyanı Ukrayna üçün əhəmiyyətli güzəştləri özündə ehtiva edən ABŞ sülh planını qəbul etməyə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
axar.az

1Mənbələr