AZ

Suriyada toyda qumbaraların partladılması nəticəsində onlarla insan yaralanıb

Suriyanın cənubundakı Deraa əyalətinin Abidin kəndində toyda əl qumbarasının partladılması nəticəsində uşaqlar da daxil olmaqla azı 33 nəfər yaralanıb.

"Report" bu barədə SANA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxslər toyun keçirildiyi yerə iki əl qumbarası atıblar, nəticədə bir neçə iştirakçı yaralanıb.

Agentlik yerli məmura istinadən bildirib ki, ayağı amputasiya edilməli olan bir nəfər istisna olmaqla, yaralıların xəsarətləri yüngül və orta dərəcəlidir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
46
1
far.az

2Mənbələr