AZ

Lando Norrisə çempionluq kuboku təqdim edilib

“McLaren” komandasının britaniyalı pilotu və yeni dünya çempionu Lando Norrisə çempionluq kuboku təqdim olunub.

İdman.Biz xəbər verir ki, təqdimetmə Özbəkistanın Daşkənd şəhərində keçirilən xüsusi mərasimdə olub.

“Bu qədər qələbə qazanmağımıza imkan verən inanılmaz avtomobilə görə komandaya təşəkkür edirəm. Son üç ildə əhəmiyyətli dərəcədə inkişaf etməyimə və “McLaren”i bugünkü komandaya çevirməyimə kömək edən fantastik komanda yoldaşım Oskar Piastriyə təşəkkür edirəm. Həmçinin bizə meydan oxuduğu və təzyiq göstərdiyi üçün Maks Ferstappenə də təşəkkür edirəm.

Nəhayət, uşaqlıq arzumu yaşayıram. Lyuis Hemilton, Maks, Sebastian Fettel, Fernando Alonso və heyran olduğum digər pilotlar kimi çempionlarla yarışaraq böyümüşəm və bu il onları məğlub edə bildim. Çox qürur duyuram”, - AS Norrisin sözlərini sitat gətirir.

İdman.Biz

Seçilən
47
idman.biz

1Mənbələr