Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə, həmişə tam təhlükəsiz olmur.
Balığın təzəliyini necə müəyyən etmək olar?
Həkimlərin sözlərinə görə, ilk növbədə balığın xarici görünüşü qiymətləndirilməlidir: Gözlər şəffaf, yumru və parlaq olmalıdır. Qoxu təbii, dəniz və ya çay qoxusu kimi olmalı, ammonyak və ya çürük iy hiss olunmamalıdır.
Bildirilir ki, təsadüfi küçə bazarlarında, sanitar normaların gözlənilmədiyi yerlərdə balıq almaq risklidir. Belə məkanlarda balığın nə qədər müddət açıq havada, buzsuz şəkildə saxlanıldığı bilinmir ki, bu da zəhərlənmə ehtimalını artırır.
Balığı necə saxlamaq lazımdır?
Əgər balıq uzun məsafəyə, soyuducu olmadan daşınacaqsa, həkim istilik saxlayan termo-sumkalardan istifadə etməyi tövsiyə edir. Evdə balıq soyuducunun ən aşağı rəfində, digər məhsullardan ayrı saxlanılmalıdır. Saxlama müddəti 1 gündən, maksimum 1,5 gündən çox olmamalıdır.