Bakı. Trend:
Dekabrın 12-də “Azərişıq” və “AzərEnerji” ASC-lərinkollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı,Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə güldəstələri qoyublar.
“Azərişıq” ACS-dən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarətedilib.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər"Azərişıq" və "Azərenerji" ASC-lərin Naxçıvan, Qarabağ və digərregional idarələrində də keçirilib.