AZ

ABŞ Karib dənizindəki bazaya daha bir qrup qırıcı təyyarə yerləşdirir

Bakı. Trend:

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) hava komponentinigücləndirmək üçün Puerto Rikodakı Ruzvelt Roads Hərbi HavaQüvvələri Bazasına beşinci nəsil "F-35A Lightning II" qırıcıtəyyarələri qrupu yerləşdirir.

Trend-in məlumatına görə, bu barədə "The War Zone" qəzetiamerikalı məmura istinadən məlumat yayıb.

Məlumata əsasən, Venesuela sahillərindən təxminən 850 kilometrməsafədə yerləşən bazada artıq ABŞ Dəniz Piyadaları Korpusunun 10ədəd "F-35B" qırıcı təyyarəsindən ibarət eskadrilya yerləşib.

ABŞ hərbi rəsmiləri Karib dənizindəki ABŞ ərazisi olan PuertoRikoya yerləşdirilən F-35A qırıcı təyyarələrinin sayı barədəməlumat verməyib. Onlar 158-ci Hava Milli Qvardiyası Qanadınınyerləşdiyi Vermontdakı hava bazasından gəlirlər.

Seçilən
112
2
az.trend.az

3Mənbələr