Rusiyanın paytaxtı Moskovada bomba həyəcanı yaşanıb.
Publika.az "TASS"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları anonim bomba təhdidi ilə əlaqədar olaraq Leninqrad prospektindəki "VTB Arena"dan təxminən 1500 nəfəri təxliyə edib.
Hazırda yanğınsöndürən maşınlar və təcili yardım maşını binanın yaxınlığında gözləmədədir. Polis ərazidə axtarış aparır.
Şahidlərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıb və insanlardan oradan uzaqlaşmağı xahiş ediblər.