İtaliyalı məşqçi Karlo Ançelotti bu yaydan etibarən Braziliya milli komandasını çalışdırır.
90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, 66 yaşlı məşqçi artıq gələcəyi ilə bağlı məsələləri həll edib və yaxın zamanda Braziliya Futbol Konfederasiyası ilə yeni müqavilə imzalayacaq.
Yeni əmək müqaviləsi 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub. Məlumata görə, yalnız rəsmi imzalanma mərasimi qalıb və sonra müqavilə müddətinin uzadılması elan olunacaq.
Xatırladaq ki, 2026-cı il dünya çempionatında Braziliya komandası Mərakeş, Haiti və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq. Son dəfə 2002-ci ildə Braziliya millisi dünya çempionu olub.