ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Bomba təhlükəsi ilə bağlı Moskvadakı “VTB Arena”dan mindən çox insan təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mənbə bildirib ki, anonim bomba xəbərdarlığı daxil olduqdan sonra təxminən 1500 nəfər bina ərazisindən çıxarılıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və itlərlə birlikdə çalışan CAT qrupları cəlb olunub.
Qeyd olunur ki, “VTB Arena”da saat 20:00-da konsertin başlaması planlaşdırılırdı. Kompleksin daxilində həmçinin “Arena Plaza” ticarət mərkəzi fəaliyyət göstərir.
Xatırladaq ki, avqust ayında Nijni Novqorodda da oxşar hal yaşanıb, bomba təhlükəsi səbəbindən “Agata Kristi” qrupunun keçmiş solisti Qleb Samoylovun konserti ləğv edilib.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.