AZ

“Mançester Siti"də qalib gəlmək şərtdir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva klubun trofey uğrunda mübarizəsi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "BBC Sport" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

"Trofeylər – bizim hədəfimizdir. Bu çox önəmlidir, çünki klubda uduzmaq qəbuledilməzdir. Əgər qazanmasan, klub qərar verir və bu normaldır – işin bir hissəsidir. Ya sən, ya da səni – belədir reallıq. Bu yaxşıdır. Əgər “Mançester Siti”də oynamaq istəyirsənsə, qalib gəlməlisən. Əgər qazanmazsan, burada olmağa layiq deyilsən. Buna görə hər zaman təzyiq altındayıq, amma bu yaxşı təzyiqdir və biz onu qəbul edirik."

Qeyd edək ki, “Mançester Siti” növbəti matçını 14 dekabrda səfərdə “Kristal Pelas”a qarşı keçirəcək.

Seçilən
22
90deqiqe.az

1Mənbələr