AZ

Heydər Əliyevin anım günü münasibətilə Nizami Muzeyində dəyirmi masa keçirilib



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Nizami Gəncəvi Muzeyi və Gəncə Dövlət Tarix- Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Muzeydə dəyirmi masa keçirilib.

Newscenter.az Muzeyə istinadən bildirir ki, tədbir zamanı Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf strategiyasının formalaşmasındakı tarixi xidmətləri geniş şəkildə müzakirə olunub.

İştirakçılar Ulu Öndər Heydər Əliyev irsinin bu gün də ölkəmizin inkişafına istiqamət verən mühüm ideoloji əsas olduğunu xüsusi vurğulayıblar.

Süleyman
Seçilən
55
1
newscenter.az

2Mənbələr