“Real”ın ulduz hücumçusu Vinisius Junior hələ də müqaviləsini uzatmayıb.
90deqiqe.Az-ın "Central"a istinadən məlumatına görə, bu fonda Madrid klubu Vinisius Junioru əvəz edəcək oyunçuların qısa siyahısını hazırlayıb.
Siyahıda ambisiyalı futbolçular yer alıb: Bukayo Saka (Arsenal), Luis Diaz (Bavariya), Desire Due (PSJ), Kənan Yıldız (Yuventus) və Maykl Olise (Bavariya).
Qeyd edək ki, Vinisius Juniorun “Real”la mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.