Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bəzi çaqqal azərbaycanlı gədələr var. Oturublar Rusiyada, sosial şəbəkə üzərindən Ukraynada gedən müharibəyə adam cəlb edirlər.
"Yeni Sabah" xəbər verir ki, bunu hərbi bloqer Tofiq Şahmuradov qeyd edib.
"Xüsusən 44 günlük vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə ordudan tərxis olmuş hərbçilərə yazıb onları şirnikləndirirlər.
Bu hərbçilərin içində sosial yaşayışı aşağı olanlar çoxdu deyə, onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır.
Verdikləri vədlər də bitmir: "ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım, narahat olma gəl. Komandirlər tanışdı, deyəcəm səndə fırladacaqsan, qəşəng pul qazanacaqsan və s…"
Qardaşlar belə vədlərə inanmayın, hal-hazırda Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var, orda it yiyəsin tanımır.
Lap tutaq ki,onun orda tabor komandiri, hərbi hissə komandiri dostu var. Kim təminat verə bilər ki, sən onların taboruna və ya briqadasına düşəcəksən?
Rus öz millətin saxlayıb arxada, etnikləri, başqa xalqları basır "ət maşınına" - deyə o qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.