AZ

Nəqliyyat eksperti: Uzağı 1 2 ay ərzində avtomobil bazarında 20 30% qiymət artımı müşahidə olunacaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti bahalaşa bilər. Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin hazırladığı qanun layihəsinə görə, bu ölkədə xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq. Mövcud qaydalara görə, tranzit nömrə üçün rüsum 50 laridən 370 lariyə qaldırılır. Bu isə indiki hesabla 32 manat əvəzinə 233 manat deməkdir. Bundan əlavə, avtomobillərin ekspertiza aktının hazırlanması da 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata qaldırılır. Eyni zamanda ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə ödəniş 130 laridən 200 lariyə qaldırılır ki, bu da təxminən 126 manat olacaq. Mənbə: fed.az

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, hər ilin əvvəlində rüsum və digər xərclərlə bağlı müəyyən bahalaşmalar müşahidə olunur: “Yeni ildən avtomobil qiymətlərində artım gözlənilir. Əslində, hər ilin əvvəlində rüsum və digər xərclərlə bağlı müəyyən bahalaşmalar müşahidə olunur. Lakin bu il qiymət artımının daha kəskin olacağı ehtimal edilir. Ötən il ölkəyə rekord sayda avtomobil gətirildi, bu il isə idxalda məhdudiyyətlər var. Xüsusilə Çindən gələn avtomobillərlə bağlı tətbiq edilən 6 aylıq məhdudiyyət onu göstərir ki, artıq hər kəs istədiyi kimi avtomobil gətirə bilməyəcək. Bu isə bazarda təklifin azalması və nəticə etibarilə qiymətlərin artması deməkdir. Artıq rəsmi dilerlərin qiymətlərində də bahalaşma hiss olunur.

Gürcüstandakı vəziyyətə gəldikdə, tranzit nömrə üçün rüsumların 8-10 dəfə artırılması, ekspertiza aktının isə təxminən 2 dəfə bahalaşması, bu ölkədən gətirilən avtomobillərin qiymətinin artmasına səbəb olacaq. Uzaqbaşı 1-2 ay ərzində avtomobil bazarında 20-30% qiymət artımı müşahidə olunacaq. Bu artım daha çox ötən il Çindən idxal olunan avtomobillərə təsir edəcək.

Mövcud şərait təkcə qiymət artımı ilə deyil, eyni zamanda avtomobil bazarındakı durğunluğun canlanması ilə də nəticələnə bilər. Köhnə, işlənmiş avtomobillərə maraq artacaq və onların satışı yenidən aktuallaşacaq. Çin avtomobillərindən istifadə edənlər artıq onların keyfiyyətindən razıdır və qiymətlər artsa belə, alıcı tapacağı gözlənilir. Bu, qiymətlərin dolayı yollarla artırılmasının bir formasıdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr