Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
12 Dekabr adi bir tarix deyil. Bu gün siyasi fəlsəfə, humanizm və milli dəyərlərin vəhdətini öz şəxsiyyətində birləşdirən Heydər Əliyevin anım günüdür. O, təkcə dövlət başçısı deyil, xalqla dövlət arasında qurulmuş mənəvi məsuliyyət modelidir.Heydər Əliyevin siyasəti gücə deyil, ağla və məsuliyyətə əsaslanırdı. Onun üçün hakimiyyət hökmranlıq yox, xidmət anlayışı idi. Milli dəyərləri qoruyaraq onları qapalı çərçivəyə salmır, Azərbaycan ideyasını multikulturalizm və tolerantlıq üzərində qururdu. Bu yanaşma insan ləyaqətini dövlət siyasətinin mərkəzinə yerləşdirirdi.Onun humanizmi romantik deyil, real idi: dövlətin gücü insanı əzmək üçün yox, qorumaq üçün mövcuddur. Qərarları bu gün üçün deyil, tarixi davamlılıq naminə verilirdi. Buna görə də onun irsi dövrə deyil, düşüncə tərzinə çevrildi.12 Dekabr yalnız anım günü deyil, həm də özümüzə verilən sualdır:Dövlətə sahib olmaq istəyiriksə, onun mənəvi məsuliyyətini daşımağa hazırıqmı?David SeliverstovMagen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.