AZ

Qızıl və gümüş bahalaşmağa davam edir

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Qlobal qızıl qiymətləri oktyabrın rekord səviyyələrinə qayıdıb və troy unsiyası üçün təxminən 4400 dollara çatıb.

Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu tendensiya zəif dollar, faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər və qlobal qeyri-sabitliklə bağlıdır.

Agentliyə danışan ekspertlərin fikrincə, ABŞ və Venesuela hökumətləri arasında gərginlik fonunda təhlükəsiz sığınacaq aktivlərinə yüksək tələbat davam edir.

Qeyd edilib ki, gümüş qiymətləri də bir unsiya üçün 65,08 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib və qiymətli metalın dəyərinin həftənin sonuna qədər 9,5 faiz artacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
yeniavaz.com

2Mənbələr