AZ

Umerovun FTB ilə gizli danışıqları üzə çıxdı Sensasion iddia

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Federal Təhqiqat Bürosunun yüksək vəzifəli rəsmiləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla bir sıra məxfi görüşlər keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzet yazır ki, bu vəziyyət Qərb paytaxtlarında ciddi narahatlıq yaradıb, çünki həmin danışıqların məqsədi aydın deyil.

Məlumata görə, Umerov son həftələrdə üç dəfə Mayamiyə səfər edib, ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və digər rəsmilərlə Ukraynada sülh prosesi barədə müzakirələr aparıb. Mənbələr bildirir ki, bu səfərlər zamanı o, FTB direktoru Keş Patel və direktor müavini Den Bonqino ilə də qapalı görüşlər keçirib.

Bu gizli təmaslar Qərb ölkələrində əlavə suallar doğurub. Bəzi müşahidəçilər ehtimal edir ki, Ukrayna tərəfi FTB rəhbərliyindən korrupsiya ittihamları ilə bağlı mümkün toxunulmazlıq zəmanəti əldə etməyə çalışa bilərdi.

Digərləri isə bu əlaqələrin ABŞ-da Donald Tramp administrasiyasının təklif etdiyi, ərazi güzəştləri ehtiva edən sülh planlarını Kiyev üçün daha qəbulolunan etmək məqsədi daşıdığı barədə narahatlıqlarını ifadə ediblər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
globalinfo.az

1Mənbələr