"Azərbaycan Ermənistanla ancaq Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına ləyaqətli və təhlükəsiz qayıtması barədə "Yol Xəritəsi"ni müzakirə edə bilər. Qarabağ iqtisadi rayonundan könüllü getmiş 5-10 min etnik erməninin geri qayıdışı mümkün deyil və bu mövzu qapadılıb".
Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov Ermənistan baş naziri Paşinyanın Qərbi Azərbaycan mövzusu və qarabağlı ermənilərin bölgəyə geri qayıtması iddiasına dair yeni açıqlama ilə çıxışına münasibət bildirərkən deyib.
Ə.Orucov bildirib ki, Paşinyan tarixi və həqiqətləri təhrif etməyə cəhd göstərərək Qərbi Azərbaycanlılarla Qarabağdan könüllü gedən bir ovuc etnik erməniləri müqayisələndirməyə çalışır^
"Əvvəla erməni baş nazir anlamalıdır ki, Qərbi Azərbaycanlılar abrogen millətdir, o torpaqların əzəli və əbədi sahibləridirlər. Ermənilər tərəfindən də zaman-zaman havadarlarının dəstəyi ilə deportasiyaya və genosidə məruz qalıblar. Lakin Qarabağ iqtisadi rayonunda yaşamış etnik ermənilər isə hissə-hissə həmin ərazilərə köçürülərək məskunlaşdırılıb. Ancaq özlərini qonaq kimi aparmayıblar ev sahibləri olan azərbaycanlılara divan tutublar. Özlərini həyasız və qəddar, təcavüzkar kimi aparıblar. 44 günlük Vətən müharibəsindən və ardınca antiterror əməliyyatlarından sonra rəsmi Bakının onlara yüksək təhlükəsizlik təminatı və reinteqrasiya təkliflərinə məhəl qoymayaraq bütün əşyalarını da götürüb könülü sürətdə gediblər".
Əli Orucov deyib ki, bir qismi isə evlərinə od vurub yandırıblar:
"Belə olan halda oxşarlıqlar aparmaq Paşinyanın hiyləgər xislətindən xəbər verir. Ermənistan hansı sona girirsə girsin, hansı hiylə və məkrli planlara əl atırlarsa atsınlar, Qərbi Azərbaycanlıların öz əzəli yurd-yuvalarına qayıdışın qarşısını ala bilməyəcək. Çünki bu tarixi zərurət və ədalətdən qaynaqlanır. Bu möhtəşəm prosesə də prezident İlham Əliyevin ideoloji və praktik addımları əsas stimul verir. Cənab prezident indiyədək verdiyi vədlərə və qarşısına qoyduğu məqsədlərə uğurla müvəffəq olub. Qərbi Azərbaycanlılar da minik avtomobillərində tezliklə qayıdacaqlar. Paşinyanın da yol xəritəsinə də ehtiyac qalmayacaq".
Süleyman