AZ

“Koliplus” Müştəri Xidməti “Ay İnsan” Səbəbilə Hesabı Blokladı

“Alibaba” platforması vasitəsilə Koliplus-un Amerika anbarına məhsul sifariş etmək istəyən istifadəçi Nicat Nemətzadə şirkətin müştəri xidmətləri ilə yaşadığı təcrübəni paylaşıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Nicat Nemətzadə bildirir ki, WhatsApp üzərindən “Koliplus”un müştəri xidməti ilə əlaqə saxlayıb və ünvanın necə doldurulması ilə bağlı kömək istəyib. Lakin işçi, müştərinin sorğusuna səmərəli cavab vermək əvəzinə, sadəcə “doldurun, sonra biz sizə deyəcəyik” cavabını verib. Müştəri bir neçə dəfə işçidən konkret yardım tələb etsə də, işçi təklif olunan dəstəyi göstərməyib.

Söhbətin sonunda Nicat Nemətzadə işçinin məsuliyyətini yerinə yetirmədiyini və Antiinhisar qurumuna şikayət edəcəyini bildirib. Bunun üzərinə işçi müştəridən özünü təqdim etməsini tələb edib və sonradan “etik qaydaları pozduğunuz üçün hesabınız blok olunur” cavabını verib. Müştəri bu “etik qayda pozuntusu”nun səbəbinin işçiyə müraciət edərkən onu sadəcə “insan” adlandırması olduğunu bildirib.

Nicat Nemətzadə sosial media paylaşımında Koliplus əməkdaşlarına müraciət edərkən “insan” sözünün belə etik qayda pozuntusu kimi qiymətləndirildiyini vurğulayaraq, müştərilərin bu barədə diqqətli olmasına çağırıb.

 

Seçilən
20
nocomment.az

1Mənbələr