“İnter Mayami” yarımmüdafiəçi Rodriqo de Paulun transferində icarə opsiyasını istifadə edərək onu daimi heyətinə qatıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat MLS-in rəsmi saytında yer alıb.
Tezliklə 31 yaşlı futbolçunun müqavilə müddəti barədə ətraflı məlumat veriləcək.
Yayda “Inter Mayami” de Paulu “Atletiko”dan icarəyə götürmüşdü. Argentinalı futbolçu MLS-də komanda ilə 23 matç keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “İnter Mayami” yaxınlarda MLS Kubokunu qazanıb. Finalda Lionel Messi, Rodriqo de Paul və digər oyunçular “Vankuver”i 3:1 hesabı ilə məğlub ediblər.