“İnter”in hücumçusu Lautaro Martinez Çempionlar Liqasının “Liverpul”la (0:1) matçında komandasına verilən penalti ilə bağlı fikirlərini açıqlayıb.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, argentinalı futbolçu hesab edir ki, bu məğlubiyyət turnirdə komandanın vəzifəsini çətinləşdirir, amma əsas problem hakimin səhv qərarıdır:
“Biz məyusuq, amma əsəbləşmirik. Çünki hakimin səhvi səbəbindən uduzursansa, çox şey edə bilmirsən. Ədalətsiz qərar bütün oyunu pozdu”
Xatırladaq ki, həlledici an 87-ci dəqiqədə baş verib. Baş hakim əvvəlcə İtaliya təmsilçisinin qayda pozuntusunu görməyib, lakin VAR göstərişi və təkrar baxışdan sonra penalti təyin edib, hansı ki, “Liverpul” oyunçusu tərəfindən uğurla icra olunub.