AZ

Səyahət üzvlüyü

Qərb ilə Şərqin qovuşduğu bir məkanda , min illərin daş yaddaşı olan İrəvan şəhəri doğulur. Bu şəhərin səssiz daşları və qədim məscidlərinin günbəzləri bir vaxtlar İrəvan Xanlığının qürurlu nəfəsini daşıyırdı. Şəhər sanki könül dəftərində bir zamanlar yazılmış, lakin unudulmuş bir nəğmənin ritmini hələ də qoruyur.

İrəvan şəhərinin təməli 1509-1510-cu ildə Şah İsmayıl Xətainin vəziri Rəvanqulu Xanın tapşırıgı ilə qoyulmuşdur. Şəhərin inşası yeddi il ərzində başa çatmışdır. Əhalinin yerli ləhcəsi ilə (Rəhim-İrəhim, Rübabə-İrbabə, Rza-İrza) Rəvan qalası İrəvan adlandırıldı və bu ad ilə qədim Azərbaycan şəhəri kimi 1918-ci ilə kimi yaşadı. İrəvan yalnız bir şəhər deyildi, o öz tarixini yazan bir nəfəs idi. Dağlar arasında olan bu məkan, zamanın sərt fırtınalarına baxmayaraq, öz zənqinliyini qoruyurdu. Xanlıq dövrünün qüruru, insanların gücü ilə toxunmuş hər naxışda, hər sükutda hiss olunurdu. 

İrəvan Xanlığı – qürurlu, amma həssas bir imperiya idi. Gözəl Zəngi cayı onun şah damarı idi, Göycə gölündən gələn küləklər isə onun xəyalpərvər ruhunu oxşayırdı. Burada bəyaz bağların ətri havaya qarışar, qala divarlarının qəlbi isə qılıncların səsi ilə titrəyərdi. Hər daşda bir tarix, hər məsciddə bir dua gizlənirdi.

Amma İrəvan sadəcə bir xanlığın adı deyildi. Bu şəhər öz varlığını elə mənəvi dərinliklə toxumuşdu ki, ən uzaq bir səyyah belə buradan keçərkən onun sehrinə düşərdi. Arazın yanğılı nəğməsi, Günəşin şüaları altında parlayan daş körpülər, hər birində keçmişin nəfəsini hiss etdirirdi.

İrəvan xanlığı 15 mahaldan-Qırxbulaq, Zəngibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talen, Seyidli-Axsaxlı, Şərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə, Gəmibasar azad dövlətdən ibarət idi.

İrəvan xanlığı tarix səhnəsinə çıxarkən, nə qədər mübarizə və zəriflik özündə birləşdirdi . Xan sarayları, karvansaraylar, bağlar-hər biri o dövrün əksi idi. Xanlar xalqını qorumaq üçün çalışır, müdrik məsləhətləri ilə bu torpaqların firavanlığını təmin etməyə səy göstərirdilər. Amma taleh, hər zaman sədaqətli deyildi, onun sərt döngələri bəzən İrəvanın çöhrəsini sınamaq istəyirdi.

4 iyun 1679-cu il zəlzələsi demək olar ki, İrəvanı tamamilə dağıtmışdır. Tarixçi Zəkəriyyənin yazdıqlarına görə, şəhərdə daş üstə daş qalmamışdı, sular yerə hopmuşdur, ölənlər sağ qalanlardan çox idi. Baş vermiş bədbəxtlik haqqında Zal xan hər tərəfə qasidlər göndərib fəlakət haqqında xəbər yaymışdır. İrəvanın bərpası üçün Gəncədən min nəfər gəlmişdir. Naxcıvandan Məhəmməd xan özünü böyük bir dəstə ilə yetirmişdir. Təbrizdən İrəvana Azərbaycanın vəziri Mirzə ibrahim gəlir və şəhərin bərpası ilə məşqul olur. Beləliklə şəhər bərpa olunmuşdur. Ümumiyyətlə təkcə zəlzələ nəticəsində deyil, İrəvan şəhəri 366 il ərzində türk və farslar arasında gedən arakəsilməyən müharibələr nəticəsində, 14 dəfə əldən-ələ keçərək, böyük dağıntılara məruz qalmışdır. Ancaq bu qədim şəhərin ruhu heç vaxt əyilmirdi.

Hər fəthdə bir iz, hər zərbədə bir güc vardı. İrəvan dağların qoynunda doğulmuş bir döyüşçü kimi, hər çətinliyə sinə gərir, tarixdən tarixə öz hekayəsini yazardı. İrəvan xanlığının həyatı bir çayın axını kimi gah sakit gah coşqun idi. Bəzən qalalar əsgərlərin səsinə oyanır, bəzən isə saraylar şairlərin pıçıltıları ilə dolardı. Bu torpaq nəinki qılınc və qanun izlərini, həm də misraların zərifliyini özündə daşıyırdı. Xan bağında əsən yüngül külək sanki keçmiş zamanların nəğməsini oxuyurdu, bir vaxtlar burada səslənən tarların həzin melodiyası hələ də havada asılı qalmış kimi görünürdü.

Hər daş, hər cığır bir hekayə danışardı. İrəvan qalasının divarlarında əks olunan günəş şəfəqləri yalnız gözəlliyi deyil, həm də əsrlərin yaddaşını işıqlandırırdı. Gecələr bu şəhərin üzərinə çökməkdə olan qaranlıq belə onun əzəmətini gizlədə bilmirdi. Ay işıği ilə nurlanan güllələr, keçmişdə buradan keçən karvanların və döyüşçülərin izlərini sanki xatırladırdı. Lakin İrəvanın hekayəsi yalnız xəyallar və gözəlliklə məhdudlaşmırdı. Bu torpaqda insanların ürəyi bəzən tənhalığın sızıltısını, bəzən də fəxr hissini daşıyırdı. İrəvanın xanları, öz xalqını qorumaq üçün gecələri yuxusuz qalır, sərhədləri müdafiə edirdi. Şəhər qəlbində həm qorxu, həm də ümid saxlayırdı-hər ikisi də onun tarixinin ayrılmaz parçası idi.

Azadlığını qoruyaraq İrəvan xanlığı xarici düşmənlərə qarşı hər zaman müqavimət göstərirdi. 1804-cü ildə general Sisianovun qoşunları İrəvanı iki ay ərzində mühasirədə saxladı. İrəvanlı Məhəmməd Xan Qacarın ağıllı, cəsarətli siyasəti, Naxcıvan xanı Kalbalı xan Kəngərlinin köməkliyi nəticəsində rus əsgərləri qovuldular. Sisianov şəhər müdafiəçilərinin təntənə və sevincini mənliyinə sığışdırmayaraq, şəhəri zəbt etmək fikrindən əl çəkmişdir və utanaraq gecə ikən döyüş yerini tərk etmişdir. O, rus imperatoruna məktubunda yazırdı: “Ağrıyla özümə baxıram. 30 illik ordudakı xidmətim müddətində birinci dəfə idi ki, mühasirəyə aldığım şəhəri ələ keçirə bilmədim.”

4 il sonra 1808-ci ildə general-feldmarşal N.B.Qudoviçin rəhbərliyi ilə yenə İrəvan qalasına hücum olundu. Həsən və Hüseyn Xan Qacar qardaşları işlətdikləri hərbi taktikadan növbəti dəfə darmadağın olmaqdan qorxan Qudoviç 1000 nəfərdən artıq itki verərək ordusunu İrəvandan geriyə çəkir.

1804-1808-ci illər arasında baş verən İrəvan müharibələrindən sonra İrəvan xanı Hüseynqulu xan, Ruaiyanın bölgədəki ekspansiyasını qəbul etməyərək onlara tabe olmaqdan imtina etdi. O, Rusiyanın İrəvan Xanlığındakı təsirini məhdudlaşdırmaq və müstəqilliyini qorumaq üçün Qarabağ və Şirvan xanlıqları ilə hərbi-siyasi ittifaq yaratmaq istədi. Lakin müxtəlif səbəblərdən, o cümlədən daxili siyasi maneələr, reqional rəqabətlər və Rusiyanın üstün hərbi-siyasi təsiri nəticəsində Hüseynqulu xanın bu ittifaqı qurmaq cəhdi uğursuzluqla nəticələndi. Bu hadisələr, Cənubi Qafqazın siyasi xəritəsində ciddi dəyişikliklərə yol açdı və Rusiyanın bölgədə hegemonluğunu gücləndirdi. (Abbasqulu Aga Bakıxanov. “Gülüstani – İrəm”)

1818-ci ilin sonunda, I Nikolay A.S.Qriboyedovu diplomatik missiyanın başcısı təyin edib, İrana göndərir. İrəvana çatanda Qriboyedov Sərdar Hüseyn xanın yaxınları tərəfindən qarşılanmışdır. Missiya üzvlərinin Hüseyn xan Qacarla (Araz boyu şah qüvvələrinin baş komandanı) görüşü Sərdar sarayında olmuşdur. Sərdar sarayı 1798-ci ildə Məhəmməd şah Qacarın əmri ilə tikdirilmişdir.

1821-ci ilin sonunda Qriboyedov Tiflisə gəlir və Paskeviçin rəhbərliyi altında xidmət edir. 1828-ci ildə Peterburqdan əmr gəlir ki, nəyin bahasına olursa olsun, Abbas-Abad və İrəvan qalaları alındıqdan sonra Azərbaycanın Paytaxtı Təbrizə yol açılsın. Farslara qarşı müharibə İrəvan xanlığının ərazisində aparılırdı.

1827-ci ilin qərib payızında, Paskeviçin orduları İrəvan qalasının sərt divarlarını aşmağa çalışanda, şəhərin insanları yalnız torpaqları uğrunda deyil, həm də ruhları uğrunda mübarizə aparırdılar. Çünki İrəvan yalnız bədən deyildi, o, bir ruh idi, heç bir qüvvə onu yox ede bilməzdi.

İrəvan şəhərinə aparan yol Sərdarabad qalasından keçirdi. Sərdarabad qalasını almadan İrəvan qalasına yaxınlaşmaq mümkün deyildi. Müharibə üç tərəfdən mühazirə olunmuş şəhərin Sərdarabad qalasının çökdürülməsi, hərbi sursatların yağış kimi tökülən şəraitində aparıldı. Əvvəldən Paskeviçlə əlaqəyə girib, İrəvan erməniləri gecə gecə, şəhərin bayır qapılarını açıb rusları içəri buraxdılar və şəhərin hansı tərəfində azərbaycan türklərinin yaşadıqlarını, silahların atəşini hara yönəldilmək lazım olmasını xəbər verdilər. Şəhərdə “İrəvan talanı” adı altında tarixə düşmüş kütləvi talanlar və zorakırlıqlar başladı. 

Ermənilər ruslarla birlikdə azərbaycanlıları qarət edib öldürürdülər. Sərdarın əsgərləri qəhrəmancasına döyüşüb toplardan atəş açaraq müqavimət göstərirdilər. Həmin illərdə İrəvan şəhərinin əhalisi 9700 nəfər idi, onlardan 7031 nəfər azərbaycan türkləri, 2369-u erməni və başqa millətlər idi. Bu döyüşdə Gəncəli Cavad xanın oğlu da, Uğurlu Xan Ziyad oğlu Qacar da iştirak etmişdir. Rusiya 30 illik müharibə nəticəsində 12 minlik ordusu ilə böyük itkilər və çətinliklərlə İrəvan xanlığını zəbt etdi. 

Uğurlu xan Hüseyn Qulu xanın ağrı və çətinliklərni bölüşərək İrəvandan 1000 ailəni xilas edir və Gəncəyə köçürdür. 1826-1828-ci illər müharibəsi nəticəsində, Türkmənçay sülh müqaviləsinə əsasən İrəvan, Naxçıvan xanlıqları Rusiyanın tərkibinə daxil edildi və İrəvanın adı Erivana dəyişdirildi. 1918-ci ildə isə Yerevan adlandırıldı. Əsirlər boyu, bu torpaqların sahibi olan azərbaycan türklərinin izlərini silmək məqsədilə Sovet hakimiyyəti illərində Sərdar sarayı dağıdılmış və yerində yeni çox mərtəbəli bina tikilmişdir.

1828-ci il Türkmənçay müqaviləsi ermənistanın yaranmasının, İrəvan xanlığında yaşayan azərbaycan türklərinin isə faciəsinin başlanğıcı oldu. Azərbaycan türklərinin Qərbi Azərbaycandan çıxarılması dörd mərhələdən ibarət oldu:

1-ci mərhələ 1905-ci il

2-ci mərhələ 1918-1920-ci il

3-cü mərhələ 1948-1953-cü il

4-cü mərhələ 1988-1991-ci il.

1905-1906-cı il Bakıdakı erməni-azərbaycan münaqişəsi dalğalanaraq Şuşaya, 

Zəngəzur, İrəvana, Naxcıvana, Ordubada, Eçmiədzinə, Cavanşir və Qazax qəzalarına çatdı. M.S.Ordubadi bu hadisələr haqqında 80 il qadağa qoyulmuş, özünün “Qanlı sənələr” adlı kitabında məlumat vermişdir. Minlərlə azərbaycan türkləri öz yaşayış yerindən qovulmuş, qaçqın düşmüş, kütləvi şəkildə öldürülmüşdür. Erməni daşnaqları nəyin bahasına olursa olsun muxtariyyət və özünüidarəetmə əldə etmək istəyirdilər və bəzi qüvvələr sayəsində qismən buna nail oldular. 

Çinar kökləri qaldı quruyan,
Bulaqlar tükəndi, çaylar dayanan.
Kəndlər haray çəkdi, göylərə baxdı,
Bu qoca şəhərin tək adı qaldı.

Yollar yaddaşımda, izlər toz basdı,
Divarlar daşlarla həsrət danışdı.
Bəlkə İrəvan da bizdən yad qaldı,
O yurdun həsrəti könlümdə daşdı.

Bir yel əsər, dağlar səssiz cavab verər,
Bir səs ucalarda “İrəvan” deyər.
O çinar kölgəsi, o sular yenə,
Bir gün dönəcəyik- kəlməsin deyər.

Dəmir bulağın suyu quruyur,
Kövrəlir yaddaşım, gözlərim dolur.
Görəsən bu həsrət nə vaxt bitəcək.
Vətəndən şad xəbər bir gün gələcək.
( Şerin müəllifi: Zərifə Haqverdiyeva)

Nə yazıq ki, İrəvan xanlığında baş verən işğal hadisələri çoxları kimi, ailəmə də, dərindən təsir etmişdir. Bu hadisələr, illər boyu mənim həyatımda iz buraxmış və ailəmin taleyini müəyyən etmişdir. Mən uzun müddətdir ki, bu hadisələri qələmə almaq istəyirdim, çünki hər bir ailənin öz keçmişinə , yaşadığı çətinliklərə və onların nəticələrinə dair hekayəsi var. Anamın və atamın itkisindən sonra, ailəmizin yaşadığı bu dərd və ağrıları daha da dərindən hiss etdim. 

Ermənilərin qəsdən sıxışdırmaları və hər sahədə basqını Azərbaycan ailələrinin çoxunu təngə gətirmişdi. Ən dəhşəti odur ki, bu basqılar həm gizli, həm aşkar şəkildə olunurdu. Erməni biləndə ki, sən türksən mütləq təhqir edirdilər və bir yolla uzaqlaşdırırdılar. Heç bir möhtəbər işə götürmürdülər. Ən yüksək vəzifə yalnız müəllimlik idi. Xəstəxanaya müraciət edəndə mütləq bir yolla daha da ağırlaşdırıb ya şıkəst edərdilər ya öldürürdülər. Kiçik xalam adi bir soyuqdəymədən xəstəxanada rəhmətə getdi, dörd çox kiçik övladı anasız qaldı. O zamanlar uşaq idim, hamı deyirdi ki, erməni həkimlər öldürdü xalamı. Gizli də olsa həmən erməni qatilinə milli qəhrəman adı verilirdi. Ermənilərin hər mənada azərbaycan türklərinə basqınının, vəhşiliklərinin, təhqirlərinin lap uşaqlıqdan şahidi olmuşam. Hər il aprelin 24-də mütləq azərbaycanlı müəmmalı şəkildə qətlə yetirilirdi. . Həm yaraşıqlı, həm ağıllı birisini seçərdilər. Bu cür misallar çox çəkmək olar. Ona görə də valideyinlərim ehtiyat edirdilər ki, qardaşlarım ermənilərin tülkü hiylələrinə uyar və faciə baş verər. Yüzlərlə, minlərlə bu cür hadisələr baş vermişdi. Bu hadisələrdən ehtiyat edən valideyinlərim 1968-ci ildə Bakidan ev aldılar, bacım və qardaşım burda tələbə idilər. Təməlli isə 1971-ci ildə köçdük doğma İrəvanımızdan.

Bakiya təməlli köçəndə mənim 8 yaşım vardı. 1988-ci ilə qədər yay tətillərində İrəvana gedib gələrdik. Doğma vətəndən ayrıla bilmirdik. Oranin havası bir başqa idi. İllər keçdikcə erməni daşnaqları daha da quduzlaşırdılar. İrəvanda yaşadığımız dönəmdə gecələr bəzən qəribə bir sükut çökərdi – elə bil şəhərin nəfəsi kəsilərdi. Səhər açılanda isə qonşular ayılıb görərdilər ki, bir Azərbaycanlı ailənin evi bomboşdur, 1948 ilədək və sonrakı illərdə bu sürgünlər tez-tez baş verər, günlərin bir günü bir ailə yoxa çıxardı, sabahı isə başqa bir ailə......Hər kəs izsiz-tozsuz gedərdi, sanki şəhər onların yoxluğunu yavaş-yavaş udurdu. Həmin günlərdə küçələrdə uşaq səsi kəsilər, samovar buxarı görünməz olurdu, amma qəlblərdə qorxu və səssiz həyacan qalırdı. Hər pəncərəyə, hər qapıya baxanda insan düşünürdü: bu boşluğun arxasında kim dayanıb, nə baş verir, sanki izsiz taleyin izləri var.... İrəvan gecələri belə bir xatirə ilə dolu idi-– həm qorxu, həm itkinlərin ağırlığı altında. Heç kim şəhərin küçələrində azərbaycanca danişa bilməzdi. Dükanda, bazarda ancaq və ancaq satıcıya ermənicə müraciət edilməliydi. Anam yay düşərgəsinə göndərdiyi qardaşlarımın ad-soyadını hər dəfə erməni adı ilə yazdırardı – qorxurdu, birdən tanıyıb incidərlər deyə. Kiçik qardaşım həmişə xatırlayardı: “Erməni müəllim bəzən imla yazdırardı, mən bir bəhanə ilə sinifdən qaçırdım.” Uşaqlıqda həyətdə oynayırdıq, birdən oyun pozulanda erməni qızı vardı, adı Nune idi, Nano deyə çağırırdılar, əmim qızı ilə mənə “türklərin biri türklər” deyə acıqlı qışqırırdı. 0 biri erməni balaları qoşulurdular ona, bizi təhqir və söyüşlərlə oyundan kənarlaşdırırdılar. Sanki türk ən pis və murdar bir millətdir. Halbuki özləri pis idilər. O vaxtlar biz uşaqlar bilmirdik ki, elə ən böyük millət Türkdür və Türk olmağımızla fəxr etməliyik. Minlərlə bu cür haqsızlıqları və vəhşilikləri nümunə göstərmək olar. Bunlara baxmayaraq bizim igid oğlanlarımız vardı ki, quduzlaşmış ermənilərin cavabını layiqincə verirdilər. 

Ancaq rus və ermənilərin dövlət səviyyəsində tutduqları divanların, haqsızlıqların, gecə ikən sürgünlərin qarşısını almaq mümkün deyildi. Səbəblər, səbəblər İrəvanımızı, doğma vətənimizi əlimizdən aldı. Bu tarixi faktlar haqqında həmişə yazmaq istəmişdim. Lakin Bakıda bu faciələr barədə heç bir məlumat yox idi. Mən Bakıda orta məktəbdə oxuyanda, məndən bəzi sinif yoldaşlarım və hətta bəzi müəllimlər soruşurdular ki, siz necə ermənistana düşmüsüz, niyə ermənilərlə birgə yaşayırdınız. Lakin bunun sovet hökumətinin böyük, gizli sirri olduğunu, eyni zamanda bu torpaqların bizim olduğunu çoxları bilmirdi. Rəhmətlik atam bir gün məni ermənilərin “Rabaraq” dediyi azadlıq meydanına gəzməyə aparmışdı. Bu meydanın yeri Rəvan qalasının qalan hissəsinin qarşısında idi. Orda gəzərkən atam mənə o vaxtlar anlamadığım “Qızım bilirəm sən nağılları çox sevirsən, bilirsən bu yerin altında nə qədər gizli nağıllar var” cümləsini çox ehtiyatla demişdi. Mən gec də olsa bu cümlənin mənasını indi anlamışam. Demə o meydanın qarşısında, üstü tam torpaqla və asfaltla örtülmüş bizim, İrəvanımızın keçmişinin, tariximizin izi varmış. Qədim məscidlər, hamamlar və başqa tarixi abidələr tamamilə yox edilmişdir.

1992-ci ildə atam, həyatının bir hissəsi olan anamı itirdikdən sonra, öz dərdini qəlbində daşıyaraq 9 gün sonra bizi, dünyanı tərk etdi. 10 gün ərzində anam və atamın vəfatı dünyamı qaraltmışdı. Mən onların həyat hekayəsini gəncliyə ötürmək üçün dəfələrlə yazmaq istəmişdim, lakin əlim yazmaqdan soyumuşdu. Həmin anlarda dünya mənim üçün sanki dayanmışdi. Anamın xəyalları, arzuları haqqında hər gecə düşünürdüm. Onun ən böyük arzusu, Türkiyədə yaşayan yeddi dayısının tapılması idi. Anam həmişə deyərdi ki, dayılarını tapmaq, onların səsini eşitmək, bir–birinə yaxın olmaq ən böyük arzusudur. Lakin bu arzu heç vaxt gerçəkləşmədi və ailəmizin bir hissəsi, yenə də uzaqlarda, xəyal kimi qaldı.

Nənəm Pəri Nemət qızı Türkiyənin Kağızman şəhərində, adlı sanlı Osmanlı ailəsində anadan olmuş, 1966-cı ildə İrəvanda vəfat etmişdir. Anamın danişdığına görə, Pəri nənəm köhnə radiolardan türk havalarını tapar, elə həsrətlə, ağlayaraq onlara qulaq asardı ki, ürəyimiz param-parça olardı. O, hər bir notda, hər bir səsdə, doğma torpağını və kökünü hiss edərdi. Bu musiqilər, onun üçün yalnız bir melodiya deyildi, onlar keçmişin acı xatirələri, həsrət və məğlubiyyətin simvolu idi. Nənəm, bir yandan o həsrətlə türk mahnılarını dinləyərkən, digər yandan qardaşlarından aldığı məktubları böyük bir sevgi ilə oxuyardı. Bu məktublarda yalnız ailəvi xəbərlər deyil, həm də bir xalqın, bir millətin yaşadığı faciələr, ayrılıqlar və zülmün izləri vardı. O məktublarda həm də o qədər həsrət, o qədər nisgil vardı ki, insanın ömrünün sonuna qədər unuda bilməyəciyi bir hiss....... Nənəm, bu məktubları oxuduqca , gözlərindəki həsrət və kədər daha da dərinləşirdi. O, qardaşlarına olan bağlığınını heç vaxt unutmadı və bu, ailəmizdə bir ənənəyə çevrildi. Hər bir məktub, bir bağ idi – uzaqda olan ailə üzvləri ilə əlaqə qurmağa çalışan, həyatın acılarına baxmayaraq, ümidini itirməyən bir bağ.

Nənəm, türk qızı olduğunu bilməsinlər deyə, məktubları oxuduqdan sonra, qorxusundan cırıb atarmış. O məktubların içindəki ümidlər, arzular və keçmişin xatirələri onun ürəyindəki boşluğu doldurmaq istəyi ilə qarışmışdı. Bütün o illər ərzində, hər dəfə bir ümidlə anamın gözləri parlayanda, ürəyimdə bir az da olsa ümid var idi ki, bəlkə bir gün, bir möcüzə baş verər, və qohumları taparıq . Mənim anamın ən böyük arzusu, dayılarının bəzilərinin ölümündən sonra belə, qohumlarını tapmaq idi. Lakin 1992-ci ilə qədər Türkiyəyə gedənlərə məktublar verəndə, heç bir nəticə almadıq, hər şey təkcə xəyaldan ibarət qaldı.

Bir dəfə, 1980-ci illərdə , Bakıya Türk müğənnisi Müşərrəf Akay gəlmişdi. Bunu qeyd edim ki, coxları xatırlayar, o zamanlar nadir halda türk müğənnisi Azərbaycana gələrdi. Sovetlər birliyi qadağa qoymuşdu. Biz bu konserte gede bilmədik. Amma evdə televizora baxdığımız zaman, anamın gözlərindəki həsrət və duyğular, qəlbimdə çox dərindən iz buraxdı. Anam deyirdi: “Çox qanım qaynayır, bəlkə dayımın qızıdı.”O, müğənninin oxuduğu hər mahnıda , türk torpaqlarından olan, çox sevdiyi qohumlarını axtarırdı. Amma bu, yalnız ürəkdən gələn bir arzu və həsrət idi. Anam, heç vaxt belə bir bağ yaratmağa nail olmadı.

Onun böyük bir xəyalı vardı. O, Türkiyədən gələnlərdən bir ovuc torpaq gətizdirməyi və bu torpağı, İrəvanda dəfn olunan nənəmin qəbrinə tökməyi çox istəyirdi. Həmin torpaq, yalnız fiziki bir maddə deyil, həm də bir kök, bir bağ idi; mənim ailəmin, bu torpağın və nənəmin ruhunun birləşməsi idi. Lakin, bu böyük arzu heç vaxt gerçəkləşmədi. Nə yazıq ki, anamın ölümündən sonra Türkiyə yolları açıldı, amma İrəvanın yolları bağlandı. Hər şey dəyişdi. Gözlərimizdəki ümidlər, bəzən heç bir zaman gerçəkləşməyən xəyallara çevrildi.

Xəstə millət olan ermənilər, nə yazıq ki, tam olaraq İrəvanı və ətraf rayonları ələ keçirərək, heç vaxt geri qaytarılmayacaq bir dəyişiklik yaratdılar. Həmin torpaqların artıq bizim üçün yalnız bir xatirə kimi qalması, qəlbimizi sarsıtdı. O torpaqlarda qalmağımız, bizim kimliyimiz, tariximiz və keçmişimiz idi. Lakin, bu ərazilər bizdən uzaqlaşdı, və bu ayrılıq ailəmizə sonsuz bir həsrət və iz buraxdı.

Ermənilər həyasızcasına İrəvan və ətraf rayonlara sahib çıxaraq, tarixin axarını zorla dəyişməyə çalışdılar. Halbuki onlar bir zamanlar bu torpaqlara yalnız fəhləlik və hamballıq üçün ayaq basmışdılar, amma zaman keçdikcə kölgə kimi yayıldılar, gəldikləri yerlərin sahibləri kimi davranmağa başladılar. Bu cür hadisələr haqqinda rəhmətlik atamla tez-tez görüşən qohumumuz, xalça rəssamı və ustası Kamil Əliyev, bizə çox maraqlı və təsirli xatirələr danışardı. Onun söhbətləri, yalnız tarixi hadisələrin deyil, eyni zamanda insanın ruhunu sıxan və gələcəyə daşıdığı dərin izlərin də izahı idi. Atam və Kamil əminin danışdıqlarından biri də bu idi ki, “İrəvanda ermənilərin məscidin həndəvərindən keçməsinə heç vaxt icazə verməzdik. Çünki yağış yağan vaxt ermənilərin paltarından sıçrayan su, məscidimizi murdarlaya bilərdi. Biz, həm dini, həm milli təəssübkeşliklə, məscidimizin qorunmasına çox diqqət edirdik”. Məscid, sadəcə bir ibadət yeri deyildi, o, bizim tariximizin, kimliyimizin, dəyərimizin bir simvolu idi. Biz onu qorumaqla yalnız dinimizi deyil, həm mədəniyyətimizi, vətənimizi qoruyurduq. Ancaq indiki dövrə baxdıqda, o müqəddəs məkanların çoxu artıq başqa məqsədlər üçün istifadə olunur. Ancaq İrəvanın bəzi gözəl məscidləri, indi muzeylərə, diplomat evlərinə və müxtəlif qurumlara çevrilib. Tarixin və dinin izlərini daşıyan bu məkanlar, artıq öz mahiyyətini və ruhunu itirərək, başqa mənalar daşımağa başlayıb. Hətta bəzi məscidlər, heç bir iz qoyulmadan yerlə yeksan edilib. Bu, yalnız bir şəhərin dəyişməsi deyil, bir xalqın daimliyini, keçmişini, dəyərlərini və torpağını itirməsidir. Biz, həmin məscidləri qoruyaraq, bir xalqın ruhunu yaşadırdıq. Lakin, indi bu məkanlar yalnız daşlardan ibarət, ölü bir tarix kimi qalır.

Anamın danışdıqları və yadımda qalanlardan çox şey öyrəndim. Atamın atası Nağı, anası Münəvvər, anamın atası Məşədi Teymur, anası Pəri Nemət qızı idi. Babam Məşteymur İrəvan şəhərində doğulmuş və şəhərin hörmətli , ad-san sahibi, xeyriyəçi bəylərindən biri olmuşdur. Məşteymur bəyin adı İrəvanda, yalnız zənğinliyi və mövqeyi ilə deyil, eyni zamanda etdiyi xeyriyyə işləri ilə də tanınırdı.Bu barədə çox sayda gözəl və yadda qalan hadisələr eşitmişdim. Bir dəfə yoldaşımla bir nişan mərasimində idik, və mərasimdə iştirak edən akademik Budaq Budaqov mənim İrəvandlı olduğumu öyrəndi. Bu məlumatı aldıkdan sonra dərhal kimlərdən olduğumu soruşdu. Babalarımın adlarını çəkəndə, Budaq müəllim dedi: “İrəvanda iki Məşədi Teymur adında bəy var idi, biri keçəl idi, digəri..”deyəndə, dərhal cavab verdim: “ Bəli, həmin Məşədi Teymur mənim babamdır.”Budaq müəllim bir neçə saniyə fikrə gedərək gözləri dolmuş bir şəkildə dedi:”Qızım sənin baban çox gözəl, üzü nurlu, xeyriyyəçi bir bəy idi. Bakıda Zeynalabdin Tağıyev kimi, İrəvanda da Məşədi Teymur bəy, sözün əsl mənasında əfəndi bir bəy idi. İrəvanda məscidlərin tikilməsində, körpülərin salınmasında böyük, danılmaz əməyi olmuşdu. O, bir çox yetim, yoxsul uşaqları oxutdurmuş, onlara hər sahədə yardımçı olmuşdur. Allah Zeynalabdin Tağıyevi də, sənin babanı da, onların timsalında bütün xeyriyyəçi insanları rəhmət eləsin, məkanları cənnət olsun.”Budaq müəllimin gözləri dolduqca, mən də onun sözlərindəki həsrəti və hörməti hiss edirdim. Bu, sadəcə bir övladın babasına olan sevgisi deyil, həm də bir cəmiyyətin, bir xalqın öz dəyərini, böyük şəxslərini necə qiymətləndirdiyini göstərən bir andı. Babamın İrəvan şəhərinin inkişafına verdiyi böyük töhfələr və xeyriyyə işləri bu gün də yaddaşlarda yaşayır və mən də bu mirası gələcək nəsillərə ötürmək üçün çalışıram.

Babam Məşədi Teymur ağanın böyük bağları olmuşdu ki, hal-hazırda o bağların yerində stadion tikilib. Bu bağlar, yalnız bir əkin sahəsi deyil, həm də bir tarix, bir xatirə idi. Babamın çox böyük torpaq sahələri vardı, xüsusən də Dərməbağlaı məhəlləsi kimi tanınan yerdə yerləşən əraziləri, o zamanlar, bu sahələr çox böyük mülk və ərik bağları ilə məhşur idi. Hər bir küncündə zəhmət, sevgi və həyatın dadı vardı. Babam Məşteymur 1920-ci ilə qədər İrəvanda yaşayaraq, bu torpaqlarda öz işlərini qurmuş, həm öz ailəsinə, həm də xalqina xidmət etmişdir. Lakin, 1918-1922-ci illərdə baş verən hadisələr, ermənilərin İrəvana yerləşdirilməsi prosesi və kommunistlərin bəylərə qarşı tutduğu divan Məşədi Teymur ağanı çox sarsitmışdı. O dövrün zorakılıqları, torpaqların əlindən alınması və cəmiyyətdəki dəyişikliklər babamı çox dərin bir şəkildə incitmişdi. Bu səbəbdən, Məşədi Teymur bəy İrəvan şəhərinin yaxınlığında yerləşən Zəngibasar köhnə-Uluxanlı, (ermənilər rayonun adını dəyişib Masis qoyublar) rayonunun Zəngilər kəndinə köçmüşdür. Burada yeni bir həyat qurmağa çalışmış, dükanlar açmış və ailəsini, işçilərini dolandırmaq üçün əlindən gələni etmişdir. Lakin bu kənddə də, yeni hökümət və bəzi satqin, paxıl adamlar var idi ki, babamın burada həyat qurmasına imkan vermirdilər.

Məşədi Teymur baba çox sadə və səmimi bir insan idi. O, nə qədər var-dövlət sahibi olsa da, gözü könlü tox, zəhmətkeş, sadə bir adam idi. O, çox vaxt nökərləri ilə birgə yemək yeyərdi, onların ailələrinin durumu ilə maraqlanardı, lazım gələrsə yardim edərdi. Bayramlarda mütləq qulluqçuların ailələrinə sovqat göndərərdi. Hər bir işlərində yardım etməyi çox sevərdi.

Amma təəssüf ki, zamanla babamın etibarı sui-istifadə olundu. Onun gizlətdiyi halal mallarin yerini çörək verdiyi nökər, satqınliq edərək kommunistlərə xəbər vermişdi. Bu xəyanət babamın həyatını məhf etmişdir. Babamın vəfatından illər sonra həmin nökər, qocalandan sonra anamdan halallıq istəmişdi. Anam isə, böyük bir həssaslıq və mərhəmətlə demişdi: ”Ağamın sizə yaxşılıqdan başqa bir pisliyi keçmişsə, halal edirəm. Yoxsa sizi Allaha həvalə edirəm.” Bu, yalnız bir insanın, bir övladın, öz valideyninə qarşı duyduğu hörmətin və ailə dəyərlərinin nə qədər dərin olduğunu göstərirdi.

Nənəm Pəri Nemət qızı çox gözəl olduğundan, türk gözəli deyirmişlər. Yeddi qardaşın bir bacısı, çox gözəl, kübar xanım idi. Türkiyənin Kağızman vilayətinin imkanlı ailəsinin qızı idi. İndiki ermənistanin Zəngibasar rayonun Sərvanlar kəndindən olan Hüseyn adlı bir yaraşıqlı oğlan Pərinin gəncliyində ikən, Kağızmanda, onların evində işləyirdi. Bir müddətdən sonra bu iki gənc bir-birinə aşiq olurlar. Beləliklə Hüseyn Pəriyə elçi düşür. Pərinin qardaşları Hüseyni çox sevərdilər. Onun çox dürüst və işgüzar olduğunu dəyərləndirirdilər. Lakin Pəri tək bacı olduğundan uzaq məmləkətə verə bilməzdilər. Razılıq ancaq Hüseynin Türkiyədə qalaraq ola bilərdi. Hüseyn sevinərək bu şərti qəbul etmişdir. Nəhayət onlar evlənmişlər və çox xoşbəxt idilər. Bir il sonra Ruqiyyə adlı bir qızları dünyaya gəlir. Beləliklə böyük bir ailə çox mehriban və xoşbəxt yaşayırdı. Lakin günlərin birində Hüseyn Araz çayının (Türkiyədə) kənarında oturub ağladığını Pəri görmüş və ağlamağının səbəbini soruşmuşdur. Hüseyn demiş ki, bu Araz çayı bizim kənddən keçir, Sərvanlardan (Sərvanlar kəndindən,Ermənistan) . Vətən məni çəkir. Pəri Hüseyni çox sevərdi, o üzdən deyərki, sənin vətənin mənim vətənimdir. Gecə hamı yatanda Hüseynlə Pəri xəlvəti qızını götürüb, əşyalarını, varını atlara, dəvələrə yükləyib qaçmaq istəyəndə qardaşlar oyanır və qaçmağa qoymurlar. Lakin Pəri çox israr edir və yalvarır ki, Hüseyn vətənini istəyir. Qardaşlar məcburən razı olurlar. (Anam qardaşların, yəni dayılarının adlarının hamısını demişdi, çox təəssüfki üçü yadımda qalıb. Əli-Aloş deyərmişlər, Həsən, Hüseyn) 

Nəhayət Hüseyn və Pəri qızı Ruqiyyə ilə vətənə gəlirlər, burada məskunlaşırlar. Pərinin qardaşları onun dalınca, baş çəkməyə tez-tez gələrmişlər. Bacılarına hər mənada dəstək verərmişlər. Sərhədlər bağlanana qədər bu görüş davam etmişdir. Sonralar tam aralar kəsilmişdir, yalnız məktub vasitəsilə əlaqə saxlanılırdı. Lakin Pəri, türk qızı olduğunu bilərlər deyə, qorxusundan məktubları cırıb atırmış.

İllər keçər, günlərin bir günü Hüseyn möhkəm xəstələnir və uzun çəkmədən rəhmətə gedir. Pəri çox gənc ikən qucağında bir uşaqla qərib ölkədə dul qalır. Qaynanası və baldızı Pəri ilə çox yaxşı rəftar edirlər. Lakin Pəri çox gənc və gözəl idi. Zəngibasarın Zəngilər kəndi ilə Sərvanlar kəndi qonşu kəndlərdir. Məşteymur ağa Zəngilərə köçəndən sonra Sərvanlar kəndinə qonaq gedibmiş və orada Pəri haqqında eşidib. O zamanlar dul qalan qadına söz atanlar, kəm gözlə baxanlar olar deyə Məşteymur ağa Pəri xanıma elçı göndərmiş, sahib çıxmışdır.

Pəri nənəm Məşteymur babamdan çox kiçik idi. Əvvəlcə Pəri nənəm bu evliliyə etiraz edir, sonra isə qaynanası və baldızı başa salırlar ki, yaxşı adamdır, həm də imkanlı, uşağın böyüməsinə də kömək edər. Həqiqətən də Məşteymur babam Ruqiyyə xalama doğma ata kimi baxmışdır. Xalam həmişə ögey atasından razılıq edərdi, “məni öz övladlarından ayırmazdı “ deyə yad edərdi. Beləliklə Məşteymur ağa Pəri Nemət qızı ilə evlənirlər. İllər keçir, bu evlilikdən onların dörd övladı olur. Babamın ilk evliliyindən bir oğlu və bir qızı vardı. Qızı xəstələnib vəfat etmişdir, oğlu isə Fransada su mühəndisliyində oxuyurdu.

Həyatın qanunumu, dövranın zalımlığımı deyim, ya sovet rejimi, erməni işğalımı bilmirəm, ancaq onu bilirəm ki, minlərlə ailələr, minlərlə günahsız insanlar, oxumuş ziyalılar, bəylər məhv edildi və bu hadisələr mənim babalarımın ailəsinə də yansıdı.

Məşteymur ağa altı dəfə qulaq edilib, malı mülkü müsadirə olunmuşdur. Bir gün bu hadisələrdən canı boğazına yığılan Məşteymur ağa ailəsilə birgə Türkiyəyə köçmək qərarına gəlir. Bacısının oğlu Cəmişidi yanına çağırır, qızıl ziniyət əşyalarının bir hissəsini ona verir və deyir ki, əgər sərhədi keçsəm bunların sənə halalını verirəm. Əgər sərhədi keçə bilməsəm, onda qızıllarımı qaytararsan. Lakin yazıq babam heç bir yana köçə bilmir.

Bir gün Məşteymur babam kisələrdə qızılın (qızıl pul) bir hissəsini ata yükləyərək harasa aparırdı, birdən uzaqdan içi rus əsgərləri ilə dolu bir qruzavik maşını görsənir. Babam elə bilir ki, onu tutmağa, qızılları da əlindən almağa gəlirlər. Tez atdan düşüb bütün kisələri yaxınlıqdakı çaya tökür. Qruzavik maşın isə yanından ötüb keçir. Bu cür hadisələr çox olur və bunlar, insanların nankorluğu, haramlılığı Məşteymur babamı çox sarsıdır. Bunlar azmış kimi, yalan uydurma xəbərlər də ona çox pis təsir edirdi. Məsələn kənd camaatından bəziləri gəlib deyirmişlər ki, kolxoz qurulur, orda hamı bərabər olacaq, hamının arvadı orda işləyəcək və hamıya məxsus olacaq. Bu səbəblər onun Türkiyəyə köçmək istəyini tezləşdirir. Bacı oğlu Cəmişidə qızıllarını verəndən sonra konsulluğa müraciət edir. Lakin müəyyən qüvvələr mane olur. Bütün bu əzablara tab gətirə bilməyən Məşteymur ağa insult keçirir. Dili tutulmuş halda yatağa düşür. Yataqda babam ancaq gözləri ilə danışırdı. Qalan qızılının, pulunun, var dövlətinin harda gizlətdiyini heç kimə deyə bilmir. Bir neçə aydan sonra Məşteymur ağa vəfat edir. 

Dul qalmış nənəm Pəri Nemət qızı, bəy qızı, bəy xanımı olduğu halda, xalq düşməni arvadı damğası qazanır. Nənəm balaları ilə birgə çox əziyyətlər çəkirlər. Ev süpürməyən Pəri xanım kolxozda işləməyə məcbur olur. Paxıl, zalım adamlar, çörək verdiyi nankorlar onun kolxozda daha da artıq işləməyə məcbur edirdilər. Həm mənəvi , həm maddi əziyyət çəkən nənəm aclıqdan uşaqları ölməsin deye yaxalığındakı (koftasının) son qızıl düymələrini qoparıb bir buxanka çörək almağa məcbur olmuşdur.

Ailəyə vurulan damğa uşaqların təhsilinə də təsir edir. Bir gün mən ingilis dili dərslərimi yazırdım. Anam yaxınlaşıb yazılarıma baxdı və birdən gözləri doldu. Soruşdum ki, niyə kövrəldin, dedi ki, məktəbə cəmi ikinci sinfə qədər getmişəm və müəlliməm bu hərfləri bizə öyrədirdi. Anamdan səbəbini soruşanda, uşaqlıqda aldığı travmanın ona necə təsir etdiyini gördüm. Kövrələrək “əlimdən tutub sinifdən çıxartdılar, səbəbi xalq düşməni, qolçamaq qızısan dedilər”, anam özünü, sanki bir qəbahət , bir suç işləmiş kimi hiss edirdi.

Uşaqlıq vaxtımızda sovetfilmin çəkdiyi belə bir kino vardı “ Kölgələr günorta yox olar.”Bu filmdə varlilar qəddar, zalım kimi qələmə verilirdi və biz anamıza “ay ana sənin atan da bu cür bəylərdən olub da”deyə sataşardıq. Yaziq anam deyirdi ki, vallah mənim ağam çox mərhəmətli, yetimlərə sahib çıxan bir kişi olub. Lakin sovet hökümətinin verdiyi tərbiyə, “bəylər və varlılar düşmandı” psixologiyasını sanki qanımıza işlətmişdilər. Anam nənəmin türk, babamın bəy olduğunu həmişə gizlədirdi, sanki bir suç işlətmişdi. Ancaq sovetlər birliyi dağıldıqdan sonra bu hadisələri anam mənə danışmağa başladı, evin son beşiyi olduğumdan, onun yanında daha çox mənim olduğumdan, bu söhbətlərin şahidi olmuşam. Yaxşı xatırlayıram hardasa 6-7 yaşım vardı. İrəvanda yaşayırdıq, anamla hansısa idarəyə sənəd almaq üçün getmişdik, orada bir erməni qadın anama israrla “çox xahiş edirəm” deyə nəsə deyirdi, anam isə sərt şəkildə yox, yox heç vaxt “ deyirdi. Evimizə qayıdanda anamdan, niyə o qadına yox- yox deyirdin soruşduqda,” ağamın iki mərtəbəli evinin halallığını istəyirdi o erməni qadın” dedi. O evi ki, ermənilər dispansion xəstəxanası etmişlər. Bir də onu bilirəm ki, həmin ev, yəni babamın mülkü bizim azərbaycan məktəbinə və uşaq baxçasına yaxın yerdə yerləşirdi. Anam bizi baxca və ya məktəbə aparanda, başqa yolla aparırdı, soruşanda ki, niyə kəsə yolla getmirik, deyirdi atamın evinə ermənilər yiyələnib, buna baxa bilmirəm. Qaşqabaqla cavab verirdi.

Bu anamın ailəsinin kiçik, lakin əzabı və faciəsi böyük olan tarixcəsidir. Görün, ruslar və ermənilər zamanında nə qədər ailələrin taleyini məhv etmiş, yalnız var-dövlətlərini, torpaqlarını və vətənlərini deyil, eyni zamanda onların tarixini və kimliyini də silmişlər. Bu, təkcə bir ailənin deyil, bütöv bir millətin yaddaşında dərin izlər buraxmışdır.

İnşallah, Allah ədaləti yer üzündə bərqərar edəcək. Necə ki, Qarabağımızı azad etdik, eləcə də bir gün qalan torpaqlarımızı azad edərək, İrəvanımıza da qovuşacağıq. Bu haqq yolunda Allah bizimlədir. 

Seçilən
14
vaxt.az

1Mənbələr