Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ankaranın Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək səylərini alqışlayır: “Türkiyə Prezidenti çıxışında Türkiyənin vasitəçilik səylərini davam etdirməyə və sülh prosesini asanlaşdırmağa hazırlığından və istəyindən danışıb ki, ölkəmiz bunu alqışlayır”, – Dmitri Peskov bildirib.
Bundan əlavə, Kremlin sözçüsü qeyd edib ki, Moskva hələ ABŞ Prezidenti Donald Trampla Ukrayna və Aİ nümayəndələri arasında nizamlama üzrə görüşün olub-olmayacağından xəbərsizdir. Peskov həmçinin Rusiyanın Ukrayna münaqişəsini yalnız sülh yolu ilə “həll etmək” istəyini bir daha təkrarlayıb.
//Samir Qurbanov, Editor.az