Kəlbəcər rayonundakı Zod qızıl mədəninin yaxınlığında Azərbaycan və Ermənistan tərəfləri arasında birgə sərhəd demarkasiyası işləri başlanıb.
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan işlərin başlanması ilə bağlı Ermənistan mediasına şərh verərək ərazidə ilk yoxlamanın bu yaxınlarda aparıldığını qeyd edib. O, həmçinin hərbi işlərin aparıldığı barədə məlumatların etibarlı olmadığını, sərhədçilərin demarkasiyanı apardığını vurğulayıb. Ermənistan rəsmisi qeyd edib ki, demarkasiya işləri mövcud qanunvericiliyə və Ermənistan parlamenti tərəfindən təsdiq edilmiş ixtisaslaşdırılmış demarkasiya komissiyalarını tənzimləyən qaydalara uyğun olaraq həyata keçirilir.
Buna görə də, Qriqoryanın sözlərinə görə, demarkasiyanın aparılması üçün referenduma ehtiyac yoxdur.
//Samir Qurbanov, Editor.az