AZ

ABŞ Prezidenti Tailand və Kamboca arasında atəşkəsi bərpa edib

Vaşinqton, 12 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Tailandın Baş naziri Anutin Çarnvirakul və Kambocanın Baş naziri Hun Manetlə telefonla danışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial media hesabında bildirib. Dövlət başçısı qeyd edib ki, tərəflər atışmanı dayandırmağa və Malayziyanın Baş naziri Ənvər İbrahimin köməyi ilə Tramp və onların birgə imzaladığı sülh sazişinə qayıtmağa razılıq veriblər.

“Hər iki ölkə sülhə hazırdır və Amerika Birləşmiş Ştatları ilə ticarəti davam etdirir. İki gözəl və çiçəklənən ölkə arasında böyük bir müharibəyə çevrilə biləcək toqquşmanın həllində Anutin və Hun ilə birlikdə işləmək mənim üçün şərəfdir. Həmçinin, bu çox vacib məsələdə göstərdiyi köməyə görə Malayziyanın Baş naziri Ənvər İbrahimə təşəkkür edirəm”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
42
2
azertag.az

6Mənbələr