AZ

ABL: NTD ilk qələbəsini qazandı, "Ordu" "Sumqayıt"ı üstələdi

 

Azərbaycan Basketbol Liqasının 9-cu turu davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Turun ikinci günündə əvvəlcə "Ordu" "Sumqayıt"ı məğlub edib. Daha sonra isə A qrupunda NTD ilə "Şəki" qarşılaşib. Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb.

ABL
9-cu tur

19:00. "Sumqayıt" – "Ordu" 86:106 (22:20, 19:26, 22:33, 23:27)
Sumqayıt. Olimpiya İdman Kompleksi.

20:00. NTD – Şəki 93:79  (26:16, 22:21, 23:23, 22:20)
Bakı. “Sərhədçi” İdman Kompleksi.

Tura 14 dekabrda yekun vurulacaq:

16:00. "Abşeron Lions" – "Neftçi"
Bakı. "Sərhədçi" İdman Kompleksi.

Qeyd edək ki, "Sabah" ilə "Gəncə" arasında keçiriləcək oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Turun açılış oyunlarının nəticələri: "Lənkəran" – "Quba" 87:95, "Naxçıvan" – "Sərhədçi" 90:74.

Seçilən
4
1
fanat.az

2Mənbələr