AZ

“Vitaminlər immuniteti gücləndirmir, multivitamin kompleksləri qəbul etməkdən əl çəkin” -İnfeksionist

"İnsanlara dedikdə ki, “vitaminlər immuniteti gücləndirmir, multivitamin kompleksləri qəbul etməkdən əl çəkin”, adama çox qəribə baxırlar. İllərdir ki, deyirəm: vitaminlər eyni zamanda onkoloji hüceyrələrimiz üçün qida mənbəyidir, onları lazımsız qəbul etmək olmaz. Lakin vitaminlər elə güclü reklam edilir ki, həkimin sözü qılır kənarda".

Bu fikirləri Redaktor.az-a açıqlamasında pediatr, infeksionist Həmid Hacıağayev vitaminlərin nəzarətsiz qəbulundan danışarkən bildirdi.

"Yaxşı, o zaman öz həkimlərimizi dinləmirsinizsə heç olmasa həkim-genetikləri dinləyin. Amerikalı genetiklərin iddiasına görə, vitamin qəbulu çox risklidir, çünki xəstəliklərin əmələ gəlməsində irsi meyilliyin çox böyük önəmi var. Eyni vitaminlər fərqli insanlara çox fərqli təsir edirlər. Xüsusilə E vitamini xərçəngdən qorumaqla yanaşı, insanın katexol-O-metiltransferaza (COMT) geninin hansı növünə sahib olduğundan asılı olaraq, həmin insanda bədxassəli şişlərin əmələ gəlməsinə səbəb ola bilər. On illik tədqiqatlara əsasən, sözü gedən genin Met/Met növünə sahib olan və E vitamini qəbul edən qadınlarda, plasebo (boş dərman) qəbul edən qadınlara nisbətdə xərçəng xəstəliyinin əmələ gəlmə riski 14% daha aşağıdır. Eyni genin Val/Val növünü daşıyan qadınlarda isə tam tərs bir hal yaşanır – E vitamini qəbulu onlarda xərçəng xəstəliyinin əmələ gəlmə riskini 15% artırır. Eyni prinsip digər vitaminlərin qəbulu zamanı da işləyir. Bədənimizdə olan bütün nasazlıqları yalnız kliniki və laborator üsullarla təsdiqlədikdən sonra müalicə etmək olar. Ev üsulunda, öz ağlımıza görə etdiyimiz müalicə bəzən sonumuz ola bilər".

Xədicə BAXIŞLI

Seçilən
17
1
redaktor.az

2Mənbələr