AZ

“Salibanın durumu hələ dəqiqləşməyib”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın müdafiəçisi Vilyam Salibanın durumu ilə bağlı danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Biz sadəcə gözləməliyik və vəziyyətinə baxmalıyıq. Görəcəyik, o, meydana çıxa biləcəkmi, yoxsa yox. Hər şey əvvəlki kimidir. Əgər mənə ‘Everton’la oyunu soruşsanız, düşünürəm ki, o vaxta qədər forma yığacaq. Amma sabahkı matç barədə deyə bilmirəm”

Qeyd edək ki, Saliba APL-in noyabr ayında “Çelsi” ilə oyundan (1:1) əvvəl zədələnmişdi və o vaxtdan bəri meydanda çıxış etməyib.

“Arsenal”ın mərkəz müdafiəsində vəziyyəti daha da çətinləşdirən faktorlar arasında əsas müdafiəçi Gabriel dos Santos və Salibanın əvəzləyicisi Kristian Moskeranin də zədələnməsi var.

London klubu 13 dekabr, şənbə günü “Vulverhempton”u qəbul edəcək.

Seçilən
12
90deqiqe.az

1Mənbələr