AZ

Sevgilisinə hədiyyə almaq üçün ağır işdə çalışan kuryeri maşın vurdu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Qayda pozan motokuryeri avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib. Sevgilisinə hədiyyə almaq üçün əlavə işdə çalışaraq kuryerlik edən 18 yaşlı gənc oğlan motosikleti ilə işıqforun qırmızı işığından keçərək yol kəsişməsinə daxil olub və bu zaman hərəkətdə olan minik avtomobili ona çırpılıb. Zərbənin təsirindən gənc oğlan metrlərlə havada uçaraq asfalta düşüb və sürüklənib. Qəza nəticəsində ağır xəsarətlər alan gənc xəstəxanaya yerləşdirilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
102
avtosfer.az

1Mənbələr