AZ

“Efes” evdə uduzdu, “Fənər” oynaya bilmədi

Həftəsonu Avroliqada 14-cü turun oyunları keçirildi. Türkiyə klublarından “Efes” evdə “Real”a uduzdu.

"Football-plus.az" xəbər verir ki, dekabrın 4-də keçirilməli olan “Olimpiakos” – “Fənərbaxça” oyunu isə güclü yağış üzündən təxirə salındı. Yox, oyun açıq havada keçirilməyəcəkdi. Sadəcə, Pireydəki arenanın damında deşik olduğundan yağış salona doldu, belədə oyunu keçirmək mümkün olmadı.

Efes (Türkiyə) – Real (İspaniya) 75:81 (17:17, 24:20, 18:23, 16:21)
Jalgiris (Litva) – Makkabi T-Ə (İsrail) 65:83 (14:22, 16:29, 16:9, 19:23)
Monako (Fransa) – Paris (Fransa) 125:104 (35:29, 23:17, 33:24, 34:34)
Hapoel T-Ə (İsrail) – ASVEL (Fransa) 87:80 (27:17, 20:24, 17:23, 23:16)
Partizan (Serbiya) – Bavariya (Almaniya) 92:85 (16:22, 20:21, 28:15, 28:27)
Srvena Zvezda (Serbiya) – Barselona (İspaniya) 79:89 (17:21, 22:25, 18:17, 22:26)
Panatinaikos (Yunanıstan) – Valensiya (İspaniya) 79:89 (22:19, 22:19, 17:27, 18:24)
Baskoniya (İspaniya) – Milan (İtaliya) 88:78 (23:20, 26:22, 21:12, 18:24)
Virtus B (İtaliya) – Dubay (BƏƏ) 79:78 (26:17, 13:27, 15:12, 25:22)

Xal durumu: Hapoel T-Ə – 24, Monako, Srvena Zvezda, Valensiya, Panatinaikos, Barselona – 23, Jalgiris, Real – 22, Olimpiakos, Fənərbaxça, Milan, Virtus B – 21, Dubay – 20, Paris, Baskoniya, Partizan, Efes, Bavariya – 19, Makkabi T-Ə – 18, ASVEL – 17.

Seçilən
1
3
football-plus.az

10Mənbələr